"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Milli Məclisin deputatları Belçikada keçiriləcək “dəyirmi masa”da iştirak edəcəklər

--2017-03-06 / 07:08

Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, deputatlar Cavanşir Feyziyev, Kamran Bayramov və Rövşən Rzayev martın 5-də Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.

Parlamentin mətbuat xidmətindən AZəRTAC-a bildiriblər ki, deputatlar Avropa Siyasət Mərkəzi, LiNKS qeyri-hökumət təşkilatının birgə təşəbbüsü və Avronest Parlament Assambleyasının üzvü, Avropa Parlamentində Yaşıllar siyasi qrupunun sədr müavini Heidi Hautalanın ev sahibliyi ilə keçiriləcək “dəyirmi masa”da iştirak edəcəklər.

Tədbirdə “Azərbaycan-Avropa ittifaqı münasibətləri: əlaqələri daha yüksək səviyyəyə çatdırmaq” mövzusunda müzakirələr aparılacaq. Milli Məclisin komitə sədri Fuad Muradov toplantının aparıcılarından biri olacaq.

Deputatlarımız, həmçinin Avronest PA və Avropa ittifaqı-Azərbaycan Parlament əməkdaşlıq Komitəsi çərçivəsində bir sıra görüşlər keçirəcəklər.

Səfər martın 9-da başa çatacaq.

http://azertag.az/xeber/Milli_Meclisin_deputatlari_Belchikada_kechirilecek_deyirmi_masada_istirak_edecekler-1040680

 

ŞƏRHLƏR